Ecoline Company Haqqında

Ecoline Company olaraq, retail şəbəkələri, aptek kanalları, online platformalar və korporativ tərəfdaşlarla çalışaraq keyfiyyətli məhsulların Azərbaycan bazarında daha geniş auditoriyaya çatdırılmasını təmin edirik.


Distribusiya

Beynəlxalq və regional brendlərin Azərbaycan bazarında təqdim olunması, satış kanallarına inteqrasiyası və distribusiya proseslərinin idarə edilməsi əsas fəaliyyət istiqamətlərimizdən biridir.

Bu istiqamətdə məhsul portfelinin formalaşdırılması, satış nöqtələri ilə əməkdaşlıq, kampaniyaların dəstəklənməsi və brend görünürlüyünün artırılması üzrə sistemli iş aparılır.

B2B Əməkdaşlıq

Retail şəbəkələri, aptek kanalları, online platformalar və korporativ müştərilər üçün B2B əməkdaşlıq həlləri təqdim edirik.

B2B modelimiz tərəfdaşlara keyfiyyətli məhsul portfeli, çevik əməkdaşlıq şərtləridavamlı təchizat imkanı yaratmağa yönəlib.

Online Layihələr

Rəqəmsal satış kanallarının inkişafı şirkətin strateji istiqamətlərindən biridir. Bu məqsədlə FamilyGo.az online alış-veriş platforması inkişaf etdirilir.