Ecoline Company MMC Azərbaycanda distribusiya və B2B satış sahəsində fəaliyyət göstərən şirkətdir. Əsas məqsədimiz beynəlxalq və regional brendləri yerli bazarda düzgün mövqeləndirmək, onların satış kanallarında davamlı inkişafını təmin etmək və tərəfdaşlarımız üçün etibarlı əməkdaşlıq modeli yaratmaqdır.
Tərəfdaşlarımız:
Rəqəmsal satış kanallarının inkişafı şirkətin strateji istiqamətlərindən biridir. Bu məqsədlə FamilyGo.az online alış-veriş platforması inkişaf etdirilir
FamilyGo.az uşaqlar və böyüklər üçün gündəlik həyatda lazım ola biləcək məhsulların təqdim olunduğu online alış-veriş platformasıdır.
Platforma yalnız bir kateqoriya ilə məhdudlaşmır. Burada ailələr gündəlik istifadə, uşaq məhsulları, aktiv həyat və praktik ehtiyaclar üçün müxtəlif məhsulları rahat şəkildə əldə edə bilərlər.
FamilyGo.az Birmarket platforması üzərindən fəaliyyət göstərir və online alış-verişin daha əlçatan və rahat olmasına xidmət edir.
Ana və körpə baxımı brendi Sanosan, xüsusilə körpələr, hamilə qadınlar və süd verən analar üçün yüksək keyfiyyətli baxım məhsulları istehsal edən, dünya miqyasında tanınan məşhur Almaniya brendidir.
Almaniyanın "Mann & Schröder" kosmetika şirkətinə məxsus olan bu brend, uzun illərdir ki, bazarda təhlükəsizlik və etibarlılıq rəmzi olaraq qəbul edilir.
Ağız və diş baxımı kateqoriyasında gündəlik istifadə üçün nəzərdə tutulan məhsullar təqdim edən brenddir. Məhsul xətti gündəlik ağız gigiyenası ehtiyaclarına uyğun formalaşdırılıb.
Bu brendlər üzrə əsas fokusumuz bazarda düzgün mövqeləndirmə, satış kanallarında effektiv təqdimat və uzunmüddətli inkişafdır.